RU

“Sumqayıt”da qarşıdurma: Cavadov qalsa, onlar gedəcək!

“Sumqayıt” yeni müqavilə təklif etdiyi futbolçularla razılığa gələ bilmir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi konkret olaraq Rövlan Muradov və Murad Xaçayevə yeni sözləşmə təklif edib. İyunun 30-da müqaviləsi başa çatacaq bu futbolçular qərar verməkdə tələsmir. Məsələ burasındadı ki, komandanın bir neçə futbolçusu bundan sonra Vaqif Cavadovun rəbərliyi altında çıxış etmək istəmir. Baş məşqçidən narazı olan komandanın bəzi üzvləri mövsümün sonunu gözləyir.

Məsələdən klub rəhbərliyi də xəbərdardı və bu problemi çözməyin yollarını axtarır.

Əgər Vaqif Cavadov postunda qalsa, o zaman adıçəkilən futbolçuları yeni mövsümdə başqa klublarda görə biləcəyik. 

 

Избранный
0
idmanxeber.az

1Источники