Modern.az xəbər verir ki, Araz İmanov ötən həftə keçirlən “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusundakı müzakirələrdə İctimai Birliyin Baş katibi qismində çıxış edib.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi özündə "Rahat market", "Bazarstore", "Al market", "Grandmart", "Bolmart", "Megastore", "Araz market", "Spar", "Oba", "Rossman", "Neptun market" və "Bravo" kimi iri ticarət şəbəkələrini birləşdirir.
Qeyd edək ki, Nazim İmanovun 2 oğlu var.
Sabiq deputatın böyük oğlu Araz İmanov eks-diplomatdır. Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin iqtisadi nəzəriyyə ixtisasının bakalavr pilləsini bitirib. Daha sonra Londonda magstr təhsili alıb.
Araz İmanov fəaliyyətə diplomatik sahədən başlayıb. O, bir neçə il Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb.
20 ilə yaxın müddətdə Xarici İşlər Nazirliyi sistemində çalışıb. Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində diplomatik fəaliyyət göstərib.
A.İmanov idman, musiqi, atçılıqa məşğuldur. Öz çevrəsində həm də yaxşı musiqiçi kimi tanınır.
7Источники
-
referans.azNazim İmanovun oğlu yeni vəzifədə işə başladı ( 17200088)
-
hurriyyet.azNazim İmanovun oğluna yeni vəzifə verildi ( 17199251)
-
cebheinfo.azNazim İmanovun oğlu yeni vəzifədə işə başladı ( 17194484)
-
news365.azNazim İmanovun oğlu karyerasında yeni səviyyəyə yüksəldi ( 17191784)
-
demokrat.azNazim İmanovun oğlu yeni vəzifədə işə başladı ( 17191640)
-
valyuta.azNazim İmanovun oğlu yeni vəzifədə işə başladı ( 17191490)
-
modern.azNazim İmanovun oğlu yeni vəzifədə işə başlayıb ( 17190971)