Böyük Britaniya qoşunları Rusiya üzərində Aİ qüvvələrinə qoşulacaq
Ajans.az xəbər verir ki, bu barədə “The Times” sənəd layihəsinə istinadən məlumat yayıb. “Gələn həftə Böyük Britaniya və Aİ, Böyük Britaniyanın Brexitdən sonra Aİ ilə ən yaxın münasibətinə nail olacağını göstərən genişmiqyaslı razılaşmanın bir hissəsi kimi müdafiə və təhlükəsizlik paktı açıqlayacaqlar”, - bəyanatda deyilir. Nəşrin yazdığına görə, müdafiə paktının bağlanmasının əsas səbəblərindən biri Rusiya və Ukrayna arasında silahlı münaqişə olub. Qeyd olunur ki, saziş qarşılıqlı maraq doğuran məsələlər üzrə mütəmadi olaraq strateji məsləhətləşmələrin aparılmasını nəzərdə tutur. Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Aİ ölkələrindən olan həmkarları ilə Ukrayna ilə bağlı danışıqlar aparacağı bildirilirdi. İclasda Fransa, İtaliya, Almaniya, İspaniya və Polşadan nümayəndələrin iştirakı gözlənilir.