RU

Ukraynanın taleyi masadadır: Putinin tələbləri dünya gündəmini silkələdi

Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn danışıqlarda Ukraynadan tam təslim olmağı tələb etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "The Times" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Moskvanın irəli sürəcəyi şərtlər arasında Ukraynada hakimiyyətin dəyişdirilməsi, NATO-ya üzvlükdən rəsmi imtina və ciddi ərazi güzəştləri yer alacaq.

Rusiya rəhbərliyi bu tələbləri Ukrayna ilə mümkün sülh razılaşmasının ilkin şərtləri kimi təqdim etməyə hazırlaşır. Danışıqların dəqiq vaxtı və formatı hələlik məlum olmasa da, Qərb mənbələri bu tələb və təzyiqlərin sülh prosesinə zərbə vura biləcəyini bildirirlər.

Musavat.com

Избранный
0
2
musavat.com

10Источники