RU

Zelenski istənilən şəraitdə İstanbula gələcək, Putin isə… - DETALLAR

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Türkiyəyə gedəcəyini açıqlayıb. O qeyd edib ki, müharibəni bitirmək məqsədilə “diplomatiya üçün lazımi əsasları” müzakirə edəcək. Eyni zamanda Zelenski Rusiyanın 30 günlük atəşkəslə razılaşacağına ümid etdiyini bildirib.

Referans xəbər verir ki, “Axios” nəşri Ukrayna rəsmisinə istinadən məlumat yayıb ki, səfər atəşkəs olmasa belə baş tutacaq.

Nəşr xatırladır ki, şənbə günü Zelenski və bir sıra NATO ölkəsinin liderləri Trampla telefonla danışıb və bazar ertəsindən başlayaraq qeyd-şərtsiz 30 günlük atəşkəsə hazır olduqlarını vurğulayıblar. Söhbət zamanı onlar Trampa bildiriblər ki, atəşkəs razılaşması əldə olunarsa, Ukrayna Rusiya ilə birbaşa sülh danışıqlarına başlamağa hazırdır.

Putin həmin gün axşam saatlarında şərtlərə cavab verib. Atəşkəs təklifini qəbul etməsə də, cümə axşamı Ukrayna ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirib.
Tramp daha sonra Ukrayna prezidentini bu şərtləri qəbul etməyə çağırıb. O vurğulayıb ki, Ukrayna bu danışıqlarda iştirak etsə, razılaşmanın mümkün olub-olmadığını müəyyən edə biləcək. Əks halda, Avropa və ABŞ vəziyyətin necə olduğunu biləcək və buna uyğun reaksiya verəcək.

Nəşrin xatırlatdığı kimi, əgər görüş baş tutsa, bu, Rusiyanın Ukraynada müharibəsinin başlamasından sonra iki lider arasında ilk görüş olacaq.

"Ukraynalı bir rəsmi bildirib ki, Rusiya bazar ertəsi atəşkəsə başlamağa razı olmasa belə, Zelenski cümə axşamı Türkiyədə olacaq", - “Axios” yazıb.

Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa hesab edir ki, Vladimir Putinin Zelenski ilə danışıqlar üçün İstanbula gəlməsi ehtimalı çox aşağıdır. Eyni zamanda “The Guardian” yazır ki, şəxsi görüş təklif etməklə Zelenski Putinin təşəbbüsünü ələ keçirib və indi ona təzyiq göstərir./Publika.az
Избранный
0
2
referans.az

3Источники