RU

Xırdalanda qəza yanğınla nəticələndi

Xırdalanda qəza yanğınla nəticələnib.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, "Kuba" motosiklet ilə “Toyota” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə nəticəsində motosikletin yanar hissələri yanıb. Avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
0
18
axar.az

10Источники