
Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.
Yeniavaz.com Qafqazinfo-ya istinadən xəbər verir ki, yeniyetmə kəskin böyrək çatışmazlığından əziyyət çəkib.
Uzun müddətdir müalicə alan Səlbi Cəfərlinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.