
Alimlər Şimali Atlantikada güclü qış tufanlarının yaratdığı və Yerin nüvəsindən keçərək Avstraliyaya çatan enerji siqnalları aşkar ediblər.
Reyting.az xəbər verir ki, bu, Avstraliya Milli Universitetinin (ANU) seysmoloqlarının apardıqları tədqiqat nəticəsində bəlli olub.
Alimlərin “Seismological Research Letters” (SRL) elmi jurnalında dərc olunmuş məqaləsində deyilir ki, bu kəşf təkcə planetimizin deyil, həm də Günəş sistemindəki digər cisimlərin ətraflı öyrənilməsinə kömək edə bilər.
V. QULİYEV