RU

Göyçayın Çərəkə kəndində güclü yanğın baş verib - FOTO

Göyçay rayonunun Çərəkə kəndində baş vermiş güclü yanğın nəticəsində ciddi maddi ziyan dəyib.

APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə kənd sakini, 1969-cu il təvəllüdlü Sahib Şirinovun əmlakında baş verib.

Yanğın ilkin olaraq həyətdəki 200 kvadratmetr sahəsi olan tövlədə başlayıb. Alov sürətlə yayılaraq ümumi sahəsi 300 kvadratmetr olan talvara keçib. Nəticədə talvarın yanar konstruksiyaları, orada dayanan “Ford Transit” markalı yük avtomobili, tövlənin içindəki ot bağlamaları, elektrik generatoru və toy sifarişləri üçün nəzərdə tutulan qab-qacaq tamamilə yanaraq külə dönüb. Tövlənin 100 kvadratmetrlik hissəsi isə alovdan qorunub.

Yanğın hadisəsinin baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun daha da genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Göyçayın Göyçayın Göyçayın Göyçayın
Избранный
0
5
apa.az

10Источники