RU

Ərdoğanın administrasiyasından Zelenskinin Türkiyəyə səfər planı haqqında AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə səfər planları haqqında məlumatlı olmadığını bildirib.
 
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Türkiyə tərəfi Zelenskinin 15 may cümə axşamı günü ölkəyə planlaşdırılan səfəri haqqında heç bir məlumat alınmadığını bildirib.
 
Qeyd edək ki, daha əvvəl Zelenski Rusiya Prezidenti Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazır olduğunu yazıb.
 
Öz növbəsində, Putin Ukrayna tərəfinə 15 mayda Türkiyənin İstanbul şəhərində ilkin şərtlər olmadan birbaşa danışıqlara başlamağı təklif etmişdi.
Избранный
0
46
moderator.az

10Источники