RU

İsrail ordusundan Husi-lərə XƏBƏRDARLIQ: “Misli görünməmiş zərbə vuracağıq!”

İsrail Müdafiə Ordusunun ərəb dilində rəsmi nümayəndəsi Aviçay Edrei Yəməndə husilərin nəzarətində olan limanlara – Ras-İssa, Əl-Hudeyda və Əs-Salif limanlarına ciddi xəbərdarlıqla çıxış edib.

KONKRET.az xəbər verir ki, Aviçay Edrei bu limanlarda olan hər kəsi ehtiyatlı olmağa çağırıb və təhlükənin artmaqda olduğunu bildirib.

Onun sözlərinə görə, bu limanlardan İsrailə qarşı hücumlar təşkil olunarsa, cavab tədbirləri istisna olunmayacaq və həmin əraziyə misli görünməmiş zərbələr vurulacaq.

Natiq SƏLİM,
KONKRET.az

Избранный
0
konkret.az

1Источники