RU

"Real" Kurtua ilə müqaviləni uzatmağa yaxındır

"Real Madrid"in qapıçısı Tibo Kurtuanın klubla olan əməkdaşlığı davam edəcək.

90deqiqe.Az xəbər verir ki, belçikalı qolkiperlə müqavilənin uzadılması ilə bağlı danışıqlar müsbət məcrada gedir və tərəflər razılığa yaxınlaşıb.

32 yaşlı futbolçu yaxın vaxtlarda “Real Madrid”lə 2027-ci ilin yayına qədər yeni müqavilə imzalaya bilər. Hazırda Kurtuanın “kral klubu” ilə olan müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Bu mövsüm zədədən qayıtdıqdan sonra formaya düşən belçikalı qapıçı bütün yarışlarda 44 oyunda meydana çıxıb, 50 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.

Избранный
0
90deqiqe.az

1Источники