Keçmiş ispan FİFA hakimi Eduardo İturralde Qonzales Fermin Lopezin “Real Madrid”in qapısına vurduğu və sonradan ləğv olunan qolla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “AS” nəşri keçmiş hakimin açıqlamasını belə təqdim edib:
“Fikrimcə, bu, qəsdən edilən deyil, təsadüfi bir əl oyunudur. Top onun əlinə dəyir, sonra nəzarəti itirir. Bu səbəbdən də həmin epizodda ‘əl’ qərarı verilə bilməzdi. Amma hakim fərqli qərar verdi.”
Qeyd edək ki, matçın əsas vaxtının 5-ci dəqiqəsində Fermin Lopez hesab fərqini artırmışdı. Lakin baş hakim epizodun VAR vasitəsilə təkrarını izlədikdən sonra, futbolçunun topa əli ilə toxunduğunu əsas gətirərək qolu ləğv edib.
"Barselona" 4:3 hesabı ilə qalib gəlib. Komanda 35 matçda 82 xal toplayıb və birinci, "Real Madrid" 75 xalla ikinci pillədə qərarlaşıb.