Misli Premyer Liqasının XXXIV turunda “Qarabağ” “Araz-Naxçıvan” üzərində qələbə (2:0) qazanıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

53 yaşlı mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Bu gün hamısı qalib gəlmək istəyirdi və 90 dəqiqə özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Ümumilikdə futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Bəzi texniki səhvlərin olması normaldır. Ancaq əvvəldən sona qədər qalib gəlmək üçün xeyli güc sərf etdilər. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə də təşəkkür edirəm”.