RU

Zelenski: Putini Türkiyədə şəxsən gözləyəcəm

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə şəxsən rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara hazırdır.

Heftelik.az  xəbər verir ki,  Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın çağırışına cavab olaraq “Telegram” kanalında belə paylaşım edib.

Volodimir Zelenski həmçinin 12 may tarixindən etibarən atəşkəs razılaşmasından imtina etmədiyini də vurğulayıb.

“Biz sabahdan etibarən tam və uzunmüddətli atəşkəsi gözləyirik ki, diplomatiya üçün zəruri zəmin yaransın. Qətlləri uzatmağın mənası yoxdur. Və Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”, – deyə Zelenski yazıb.

Избранный
0
4
heftelik.az

9Источники