BAKI, 11 may. TELEQRAF
"Oyun barədə çox danışa bilməyəcəm".
Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının zəif oynadığını söyləyib: "Çox zəif oynadıq. "Qarabağ" bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşıb, düzgün istiqamət verib, bu oyunları düşünməliyik".