RU

Qurban Qurbanov: Futbolçularımın texniki səhvləri və top itkiləri çox oldu

BAKI. 11 may. TELEQRAF

"Futbolçularımı təbrik edir, azarkeşlərimizə təşəkkürümü bildirirəm. Düzdür, texniki səhvlər və top itkiləri çox oldu, amma bunlar normal haldır".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.

"Bəlkə də bu, bəzi oyunçuların ritmdən uzaq olmaları ilə əlaqədar idi. ümumilikdə yaxşı konsentrasiya var idi. Hər bir oyunçumuz meydanda 90 dəqiqə ərzində özünü yaxşı tərəfdən göstərməyə çalışdı, qalib gəlmək üçün xeyli güc sərf etdilər. Futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Rəqib həmkarım Elmar Baxşıyevə uğurlar arzulayıram", - 53 yaşlı mütəxəssis bildirib.

Избранный
0
teleqraf.com

1Источники