Gürcüstanın Qori şəhərində keçirilmiş böyüklər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandamız aktivinə daha bir medal əlavə edib.
- 81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev gümüş medala layiq görülüb.
Turnirin ilk günündə isə Nazir Talıbov (- 66 kq) qızıl, Babarəhim Mirzəyev (- 60 kq) gümüş, Nəriman Mirzəyev (- 73 kq) bürünc medal qazanmışdı.
Beləliklə, cüdoçularımız yarışı 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.