RU

Qaxda güclü külək evin dam örtüyünü qoparıb

Qaxda güclü külək bir yaşayış evinin dam örtüyünü qoparıb, nəticədə əşyalar leysan suları altında qalıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 17:00 radələrindən etibarən ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib.

Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında güclü küləklə müşayiət olunan qısa müddətli leysan yağıb, bəzi ərazilərə dolu da düşüb.

Qax rayonunun Qaxbaş, Qaxingiloy, Ağçay və İlisu kəndləri istiqamətində güclü külək müşahidə olunub. Qaxingiloy kənd sakini Kulaşvili Varobyona məxsus fərdi yaşayış evinin dam örtüyü külək nəticəsində qoparaq kənara atılıb. Evdəki əşyalar leysan nəticəsində yararsız hala düşüb.

Qopan dam örtüyünün bir hissəsi qonşu evə də ziyan vurub.

Güclü külək rayonun digər ərazilərində də ağacların budaqlarını qırıb, bəzi yaşayış məntəqələrində isə elektrik enerjisinin verilməsində qısa müddətli fasilələr yaranıb. Artıq əksər ərazilərdə enerji təchizatı bərpa olunub.

Избранный
0
1
apa.az

10Источники