RU

İran ABŞ-la nüvə proqramı üzrə aparılan danışıqları müsbət qiymətləndirir

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu daha ciddi atmosferdə keçib. İran məsləhətləşmələri müsbət qiymətləndirir.

“Report”un verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə Maskatda keçirilən məsləhətləşmələrin yekunu ilə bağlı İranın dövlət televiziyası IRIB-ə açıqlamasında bildirib.

“Dördüncü danışıqlar raundu əvvəlki üç raundla müqayisədə daha ciddi və səmimi keçib”, - deyə o bildirib.

Əraqçi qeyd edib ki, tərəflərin mövqeləri bir-birinə yaxınlaşıb və bu raundu irəliləyiş kimi qiymətləndirmək olar.

Избранный
0
1
report.az

10Источники