RU

Aprel ayında Türkiyədə 52 minə yaxın çox qəza baş verib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin aprel ayında Türkiyədə baş verən ümumi qəza sayı 51 min 591 olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, aprel ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 45 min 94, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 497 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 31 min 239, vəfat edənlərin sayı isə 205 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 199 min 905 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 174 min 832, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 25 min 73 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 111 min 928, vəfat edənlərin sayı isə 684 nəfər təşkil edib.

Избранный
0
turkic.world

1Источники