RU

Bəzi həkimlər qeysəriyyə əməliyyatı ilə bağlı bilərəkdən yalnış diaqnoz qoyurlar - AÇIQLAMAVİDEO

Qardaş Türkiyənin özəl xəstəxanalarında planlı qeysəriyyə əməliyyatlarına qadağa qoyulub.

Qeysəriyyə bir halda tətbiq olunur ki, ona həqiqətən də tibbi göstəriş var.

 Bəs bizim ölkədə vəziyyət necədir?

Xezerxeber.az-ın xəbərinə görə, qeysəriyyə yolu ilə övlad dünyaya gətirən əksər analar bildirirlər ki, səhhətlərində heç bir problem olmayıb və  övladlarının doğum tarixini özləri seçib. Bu məqamda suallar ortaya çıxır.

Qanunvericilik bu məsələdə nə deyir? Protokol necədir?

Cərrah-Ginekoloq Mahirə İsmayılova deyir ki, dölün bətndaxili ürək döyüntüləri dəyişərsə, döl tərs gələrsə, hamilədə ürək çatışmazlığı varsa, ilk övlad qeysəriyyə yolu ilə doğulubsa, xəstədə təziq problemi yaşanarsa və s. hallarda qeysəriyyə əməliyyatına icazə verilir. Həkimin sözlərinə görə, ümumilikdə, doğumların 10-15%-i qeysəriyyə yolu ilə olmalıdır, ancaq ölkəmizdə bu rəqəm qat-qat çoxdur.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Axundova deyir ki, protokola əsasən, qadının səhhətində heç bir problem yoxdursa, öz istəyi ilə qeysəriyyə əməliyyatını seçə bilməz. Buna görə də, bəzi həkimlər bilərəkdən yalnış diaqnoz qoyurlar. Bu hal hazırda, əsasən, özəl xəstəxanalarda yaşanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
0
xezerxeber.az

1Источники