RU

İran uranın zəmginləşdirilməsi proqramında dəyişikliklər etməyə razılaşdı

BAKI, 11 may. TELEQRAF

İran amerikalılarla son danışıqlardan sonra uranın zənginləşdirilməsi proqramında “korrektələr etməyə” razılaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Araqçi bildirib.

Onun sözlərinə görə, Omanda nüvə sazişi üzrə danışıqların yeni raundundan sonra tərəflərin mövqeləri yaxınlaşıb.

Araqçi qeyd edib ki, danışıqlar “əvvəlkindən daha ciddi olub”, buna görə də, İran "ABŞ-nin etimnadını doğrultmaq" uranın zənginləşdirilməsi səviyyəsini tənzimləyəcək.

ABŞ-İran danışıqlarının növbəti raundu təxminən bir həftə sonra baş tutacaq.

Mayın əvvəlində Tramp İran neftinin alınmasına görə digər ölkələri ikinci dərəcəli sanksiyalarla hədələmişdi

Избранный
0
teleqraf.com

1Источники