Tbilisi, 11 may, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.
Verilişdə AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri, sabiq deputat İsak Novruzovla jurnalist Azər Məmmədovun Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərindəki rolu, Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısı barədə suallarını cavablandırıb və fikirlərini bölüşüblər.