RU

Basketbol: “Sabah” final seriyasında önə keçdi

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün final seriyasının 5-ci oyunu keçirilib.

Arena.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Sabah” və “Neftçi” komandalarının növbəti görüşü bu gün Bakı İdman Sarayında baş tutub.

Sözügedən komandalar əvvəlki oyunlarda hərəyə iki qələbə qazanmışdılar. Bugünkü görüş isə “Sabah” üçün uğurlu alınıb. Ötən mövsümün qalibi bu dəfə 107:89 hesabıyla üstün olub. Ardıcıl iki məğlubiyyətdən sonra üçüncü qələbəsini qazanmış “Sabah” final seriyasında da önə keçib – 3:2.

Qeyd edək ki, rəqiblərin 6-cı görüşü mayın 14-də Bakı İdman Sarayında keçiriləcək. Bu görüşə saat 19:00-da start veriləcək. “Sabah” həmin oyunda da qələbə qazansa, çempionluğu təmin edəcək. Əks halda ümumi hesab yenidən bərabərləşəcək.

Azərbaycan Basketbol Liqası
Final, 5-ci oyun
11 may

“Sabah” – “Neftçi” 107:89 (24:22, 33:17, 25:19, 25:31)

Избранный
0
arena.az

1Источники