RU

“Monako”nun hücumçusunu diqqət mərkəzində saxlayır - “Barselona”

“Barselona” “Monako”nun hücumçusu Maqnes Akliusu diqqətdə saxlayır.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, ötən il 23 yaşı tamam olan fransalı futbolçunun özü də bir gün “Barsa” formasını geyinmək arzusunu gizlətmir.

Bununla belə, kataloniyalılar hələlik rəsmi təklif irəli sürməyi planlaşdırmır.

Klubun ehtiyatlı davranmasının əsas səbəblərindən biri sağ cinahda artıq özünü sübut etmiş Lamin Yamalın komandada möhkəmlənməsidir. Bu mövqedə istənilən gücləndirmə ciddi rəqabət tələb edir.

Aklius cari mövsümdə 41 oyunda meydana çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Monako” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.

Избранный
0
sportinfo.az

1Источники