RU

Qətər Tramp üçün ABŞ tarixində ən dəyərli hədiyyəni - "Uçan saray" hazırlayır


Tramp administrasiyası Qətər kral ailəsindən dəbdəbəli Boeing 747-8 tipli jumbo təyyarə qəbul etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bu hədiyyənin ABŞ-yə xarici hökumət tərəfindən verilən “ən qiymətli hədiyyə” ola biləcəyini bildirirlər.
Hədiyyənin rəsmi olaraq Trampın Prezident Kitabxanası Fonduna bağışlanması planlaşdırılır. Mənbələrin bildirdiyinə görə, bu razılaşma Trampın gələn həftə baş tutacaq Qətər səfəri elan olunacaq.
“Uçan saray” adlandırılan bu dəbdəbəli təyyarə fevral ayında Tramp tərəfindən Florida ştatının “West Palm Beach” beynəlxalq hava limanında şəxsən ziyarət olunub.
Hədiyyənin qanuniliyinə dair isə ciddi hüquqi müzakirələr aparılıb. “ABC News”un əldə etdiyi məlumata görə, Ağ Ev və Ədliyyə Departamentinin hüquqşünasları Müdafiə Naziri Pete Heqsetin sifarişi ilə məsələni təhlil ediblər. Onlar nəticəyə gəliblər ki, Müdafiə Nazirliyi təyyarəni əvvəlcə özü qəbul edib, sonra isə Trampın prezidentlik kitabxanasına təhvil versə, bu hal rüşvətlə mübarizə qanunlarını və ABŞ Konstitusiyasında yer alan “hədiyyə qadağasını” pozmuş sayılmır.
Ağ Evin baş müşaviri Devid Uorrinqton və baş prokuror Pam Bondi də bu qərarla razılaşıb. Onlar bildiriblər ki, əgər təyyarə Trampın prezidentlik müddəti sona çatmadan fonda verilsə, bu hüquqi baxımdan icazə verilən bir prosedur sayılır.
Pam Bondi keçən həftə Ağ Evə təqdim etdiyi hüquqi memorandumda, bu növ hədiyyənin qanuni şəkildə qəbul edilə biləcəyini təsdiqləyib. Hələlik ictimaiyyətə açıq şəkildə təqdim olunmasa da, bu razılaşma siyasi dairələrdə və media orqanlarında ciddi müzakirələrə səbəb olub.
Избранный
0
1
yeniavaz.com

2Источники