...Alimlər müəyyən ediblər ki, neandertallar mürəkkəb ov strategiyaları tətbiq ediblər. Yeni tapıntılar göstərir ki, qədim insanlar təxminən 200.000 il əvvəl nizələrdən istifadə edib və atları pusquya salıblar.
SİA-nın məlumatına görə, Almaniyanın Şöningen şəhərindən olan tədqiqatçılar müxtəlif yaşlarda olan 50-dən çox atın taxta nizə, ikiüzlü çubuqlar, daş əşyalar və kəsilmiş qalıqlarını aşkar ediblər.Əvvəlki oxşar tapıntılar təxminən 100.000 il daha gənc idi.
Məlum olub ki, neandertallar atların davranışını daha əvvəl başa düşüblər və sürüləri pusquya salan yerlərə yönəldən qrupları uğurla təşkil etməyə başlayıblar.
Bu yerlərdən biri müasir Almaniya ərazisindəki göl idi, onun yaxınlığında qazıntılar aparılmışdır.
Antropoloqlar hesab edirlər ki, 200.000 il əvvəl Şöningendə neandertallar erkən Homo sapiens səviyyəsində ov zamanı bir-biri ilə əməkdaşlıq ediblər.
Əvvəllər elm adamları 50 atın və ov alətinin qalıqlarının 300 min il əvvəl Şöningendə ov etmiş Homo heidelbergensis ilə əlaqəli olduğuna inanırdılar.
“Science News” xəbər verir ki, tədqiqatçılar at sümüklərində və nizə ucu yataqlarında amin turşularının
vəziyyətini qiymətləndirərək tarixə yenidən baxıblar. Smitsonian İnstitutunun Milli Təbiət Tarixi Muzeyindən tədqiqatın həmmüəllifi Jarod Hatson, “...bu nizələr yaşlarına görə çox mürəkkəbdir”- deyib.
Lakin nüsxələrin dəqiq yaşını hələlik müəyyən etmək mümkün deyil. Avropada təxminən 57.000-130.000 il əvvələ aid digər tapıntılar, neandertalların bizon, vəhşi mal-qara, kərgədan, at və şimal maralını pusquya salmaq üçün birləşdiklərini təsdiqləyib.
...Göründüyü kimi, onlar bu üsulu güman ediləndən xeyli əvvəl tətbiq etməyə başlayıblar.
Nazlı Almuradova