RU

"Yuventus"u "Mançester Siti"yə dəyişə bilər

İtaliyanın "Yuventus" klubunun futbolçusu Nikola Savona, "Mançester Siti" ilə müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, "şəhərlilər" əvvəlcə Andrea Kambiasonu transfer etməyi planlaşdırmışdı, lakin bu əməliyyat baş tutmayıb. 22 yaşlı Savona isə İngiltərə klubunun alternativ hədəfi kimi diqqətə alınıb.

Tərəflər artıq şifahi razılığa gəliblər, və yaxın zamanlarda transferin hüquqi cəhətdən rəsmiləşdirilməsi gözlənilir.

Sağ müdafiədə çıxış edə Nikolo Savona bu mövsüm 36 oyunda meydana çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun dəyəri 14 milyon avro olaraq qiymətləndirilir.

Избранный
0
90deqiqe.az

1Источники