RU

Makron müharibəyə hazırlaşmaqda şübhəli bilinir

Ola bilsin ki, Fransa prezidenti Emmanuel Makron müharibəyə hazırlaşır.

SİA-nın məlumatına görə, bunu Fransanın Milli Mitinq Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen deyib.

Le Penin fikrincə, bunu bu ölkə prezidentinin Ukrayna münaqişəsi ilə bağlı nümayiş etdirdiyi davranışındakı qeyri-müəyyənlik sübut edir.

Le Pen əmindir ki, Makron həqiqətən sülh istəsəydi, döyüşlərin dayandırılmasını dəstəkləyən istənilən səsi alqışlayacaq.

O xatırladıb ki, Makron dəfələrlə əmin edib ki, bu problemin həlli var, lakin indiyə qədər uğur qazana bilməyib.

Le Pen qeyd edib ki, Fransa prezidenti özünü döyüşçü mövqeyinə qoyur, Paris isə Ukraynada sülhün təmin olunmasında vasitəçilik rolunu öz üzərinə götürməlidir. …Bundan əvvəl Fransa prezidenti bəyan etmişdi ki, Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün şərt atəşkəs olmalıdır - 30 günlük atəşkəs.

Makron xatırladıb ki, Ukrayna hakimiyyəti artıq heç bir şərt olmadan belə bir öhdəlik götürüb və Parisin hesab etdiyi kimi, Kreml də analoji addımlar atmalıdır.

Əli Babayev

Избранный
0
sia.az

1Источники