RU

“Kəpəz”- “Sumqayıt” matçında ara qarışdı – Məmmədov iki qırmızı vərəqə göstərməli oldu (VİDEO)

Hazırda davam edən “Kəpəz” – “Sumqayıt” matçında gərginlik yaşanıb.

İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanın 88-ci dəqiqəsində iki komandanın futbolçuları arasında dava olub. Hətta məsələyə klubların baş məşqçiləri müdaxilə etməli olub.

Bu gərginlik sonunda “Kəpəz”dən Yeqor Xvako, Əli Səmədov sarı vərəqə alıb. Görüşün baş hakimi İnqilab Məmmədov “Sumqayıt”ın iki üzvü – Rövlan Muradov və Vüqar Mustafayevə qırmızı vərəqə göstərib.

Hazırda oyuna son dəqiqələr oynanılır və Gəncə klubu hesabda öndədi – 1:0.

 

Избранный
0
idmanxeber.az

1Источники