RU

Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini bildirib. O, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib.

Türkiyə lideri Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarının başlanması və Ukraynanın bərpası proseslərinin həssaslıqla həyata keçirilməsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. (Publika.az)


Bizim.Media

Избранный
0
11
bizim.media

10Источники