RU

Marko Rubio gələn həftə Türkiyəyə səfər edəcək

Vaşinqton, 10 may, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio mayın 14-16-da Türkiyəyə səfər edəcək.

AZƏRTAC-ın məlumatına görə, o, Antalya şəhərində keçiriləcək NATO-nun qeyri-rəsmi Xarici İşlər Nazirləri toplantısına qatılacaq.

Görüşdə alyans üçün təhlükəsizlik prioritetləri, müdafiə xərcləri və Rusiya-Ukrayna münaqişəsi müzakirə ediləcək. Dövlət katibi NATO-nun daha güclü və effektli olmasını təmin etmək üçün Prezident Trampın gündəliyini irəli sürəcək. Rubio qitəyə səfərini Prezident Donald Trampı mayın 11-14-də Səudiyyə Ərəbistanı və Qətərdə müşayiət etməklə başlayacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
0
2
azertag.az

3Источники