RU

Mürəkkəb ürək ritmi beyin qocalmasını yavaşladır - ARAŞDIRMA

​BAKI, 11 may. TELEQRAF

"Mass General Brigham" Tibb Mərkəzinin alimləri yaşlı insanlarda aparılan araşdırma nəticəsində maraqlı nəticə əldə ediblər. Onlar müəyyən ediblər ki, ürək ritminin daha mürəkkəb olması beyin funksiyalarının –yaddaş və düşünmə qabiliyyətinin zəifləməsini yavaşladır.

Teleqraf xəbər verir ki, araşdırmanın nəticələri "Journal of the American Heart Association" jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində alimlər orta yaşı 82 olan 503 nəfərin məlumatlarını təhlil ediblər. Onların nəbz göstəriciləri xüsusi cihaz vasitəsilə yuxuda ölçülüb. Daha sonra həmin şəxslər yaddaş və zehni qabiliyyətlə bağlı testlərdən keçiblər və bu testlər 4,5 il ərzində bir neçə dəfə təkrar olunub.

Məlum olub ki, ürək ritmi daha mürəkkəb olan insanlarda idrak qabiliyyəti daha sabit qalır. Maraqlıdır ki, ənənəvi göstəricilər – məsələn, ürək ritminin sadəcə dəyişkənliyi bu təsiri göstərməyib.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, ürək və beyin arasında düşündüyümüzdən daha güclü bir əlaqə var. Onların fikrincə, ürəyin sinir sisteminə çevik reaksiya verməsi sağlamlığın mühüm əlamətidir.

Alimlər bu yeni üsulun gələcəkdə beyin funksiyalarındakı dəyişiklikləri erkən aşkar etməyə və vaxtında müdaxilə etməyə kömək edə biləcəyini bildiriblər.

Избранный
0
2
teleqraf.com

3Источники