RU

Heydər Əliyevin xatirəsinə həsr olunmuş TURNİR

9 may 2025-ci il tarixində Azərbaycan Karate Fedarasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun nəzdində fəaliyyət göstərən Budokan şəhər döyüş növləri idman mərkəzində Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fizuli Musayev, baş katib Qabil Sayadov, AKP-nin Sumqayıt üzrə nümayəndəsi Akif Kərimov, Budokan şəhər döyüş növləri mərkəzinin sədr müavini Rəfael Məmmədov, məşqçilər Emin Hümbətov, Bəxtiyar Məmmədov, Xəyal Hüseynov, Xəyal Məmmədov, Murad Hacızadənin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 102-ci il dönümü münasibəti ilə mərkəzin Sumqayıt şəhərində yerləşən idman kompleksində texniki seminar keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

İlk çıxış üçün söz alan AKF-nin vitse-prezidenti Fizuli Musayev Sumqayıt şəhərində karatenin yüksək səviyyədə inkoşafını qeyd edərək, məşqçi müəllimlərin fəaliyyətinə yüksək qiymət verərək tədbirin təqdirə laiq olmasını qeyd edib.

 

Daha sonra Sumqayıt şəhər Karateçilərinin ötən ilin idman dərəcələri üzrə Bakıda keçirilən beynəlxalq seminarda müvafiq idman dərəcələri almış idmançılara sertifikatlar təqdim edilib.

 

Texniki seminarın praktiki hissəsində isə 8-ci dan qara kəmər ustası Fizuli Musayev və 5-ci dan qara kəmər ustası Qabil Sayadov karatenin texniki elementlər kompleksindən ibarət ustad dərsləri keçiblər.

 

 

Избранный
0
5
modern.az

6Источники