RU

SSRİ-nin “Vremya” proqramının rəhbəri 100 yaşında vəfat edib

“Vremya” verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı laureatı Kaleriya Kislova 100 yaşında vəfat edib.

Bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.

K.Kislova 1926-cı ildə Sibirdə anadan olub, Rusiya Teatr Sənəti Universitetini bitirib. 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasında işləyib, 1977-ci ildən isə informasiya proqramlarının baş rejissoru olub. O, yarım əsrdən çox informasiya xidmətində çalışaraq sovet və Rusiya televiziyası tarixində ən hörmətli şəxslərdən birinə çevrilib.

 

 

AzPost.az

Избранный
0
3
azpost.info

9Источники