RU

Qiymətləndirmə fəaliyyəti ilə bağlı ixtisas imtahanında 63 namizəd uğur qazanıb

Bakı, 11 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.

DİM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, imtahan Mərkəzin elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 152 namizəd iştirak edib. Nəticələrə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 63 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 12 –13-də, saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

Избранный
0
7
azertag.az

8Источники