RU

Flik: “Real”ı məğlub etmək üçün güc-qüvvəmiz var”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 35-ci turunun “Real”la ev oyunundan gözləntisini açıqlayıb.

Arena.az alman mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi fikrini təqdim edir:

“Bizə dörd oyun keçimək qalıb. Əvvəllər dediyim kimi, bizim heç bir bəraətimiz ola bilməz. Biz hər oyunda qalib gəlməyə çalışırıq. Sabah (artıq bu gün – redaktorun qeydi) həmin dörd oyundan birincisidir, “El-Klasiko”, hamı üçün ən vacibi: tərfdarlar üçün, “Barselona” üçün, oyunçular üçün, mənim üçün və mənim məşqçilər qərargahım üçün. “Real”la oynayacağımız, onlarla yarışmaq gözəl məqamdır, bəli, özü də biz qələbə qazanmaq istəyirik. Əgər kiməsə elə gəlir ki, “Barselona”nın güc-qüvvəsi yoxdur, əsla, bu, bizdə var. Son dörd-beş ayda komandam fantastik iş görür, biz elə, bu yolla da davam etmək niyyətindəyik”, deyə Hansi Flik vurğulayıb.

34 turdan sonra “Barselona” 79 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Real” isə 75 xalla 2-ci pillədən “blauqrana”nı təqib edir.

“Barselona” – “Real” oyunu bu gün, mayın 11-də “Olimpik Lyuis Kompanis” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 18:15-də başladacaq.

Избранный
0
arena.az

1Источники