RU

"Bavariya" Almaniya millisinin müdafiəçisi ilə danışıqlara başlayıb

"Bavariya" Almaniya millisinin və "Bayer 04" klubunun futbolçusu Conatan Ta və onun nümayəndələri ilə danışıqlara başlayıb. 

“İki sahil” xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabında yazıb.

29 yaşlı müdafiəçi yayda Münhen təmsilçisi üçün əsas transfer hədəfidir. Baş məşqçi Vinsent Kompani də oyunçunun keçidində israrlıdır.

Bundan əlavə, İspaniyanın "Barselona" və "Real" klubları da Conatan Tanı heyətlərinə cəlb etmək istəyirlər.

Qeyd edək ki, müdafiəçi cari mövsüm Leverkuzen təmsilçisində 47 oyunda meydanda olub, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
0
50
ikisahil.az

10Источники