RU

Ağdam Muğam Mərkəzi Qarabağda muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpasında mühüm rol oynayacaq - Nazirlik rəsmisi (FOTO)

Ağdam. Trend:

Ağdam şəhərində inşa edilən Muğam Mərkəzi Qarabağ bölgəsindəqədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası,tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasındamühüm rol oynayacaq.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərvin Rüstəmova Trend-in bölgə müxbirinəbildirib ki, Muğam Mərkəzində kafe, kinozal, kitabxana və iki rəqszalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədənitədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçünhərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclaszalı və digər otaqlar fəaliyyət göstərəcək.

Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıqamfiteatr da inşa edilib.

Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətindədövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımıMehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühümtöhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdərespublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyatakeçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamıUNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şahəsərləri” siyahısına salınıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Ağdam MuğamMərkəzinin açılışında iştirak ediblər.

Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Məqalədə:
Избранный
0
40
az.trend.az

10Источники