RU

“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” – Tramp


ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn həftənin həlledici hadisələrlə zəngin olacağını düşünür.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqları bərpa etmək təklifi ilə bağlı bildirib.
“Qarşıdan böyük həftə gəlir”, - ABŞ lideri yazıb.
Bundan əlavə, o, Vaşinqtonun Ukrayna nizamlanmasına dair təlimatlarını açıqlayıb və bildirib ki, ABŞ yenidənqurma və ticarətə diqqət yetirəcək.
Xatırladaq ki, bundan əvvəl Putin Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda kəsdikləri birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. O, Kremldə jurnalistlərə açıqlama verərkən müvafiq təşəbbüslə çıxış edib. Danışıqlara mayın 15-də İstanbulda başlamaq təklif edilir.
Избранный
0
8
yeniavaz.com

10Источники