RU

Mançester klubları italyan futbolçunu istəyir

İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klubları yay transfer pəncərəsində italyan yarımmüdafiəçi Sandro Tonalinin transferi üçün "Nyukasl"la razılığa gəlməyə çalışır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Onun sözlərinə görə, Mançester klubları 25 yaşlı futbolçunun transferi uğrunda yayda ciddi mübarizə aparmağı planlaşdırır.

“Nyukasl” rəhbərliyi isə komandanın əsas oyunçularından olan italyalını satmaq istəmir.

Tonalinin hazırda klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri mütəxəssislər tərəfindən təxminən 45 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, bu mövsüm Sandro Tonali "Nyukasl"ın heyətində İngiltərə çempionatında 33 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib.

Избранный
0
90deqiqe.az

1Источники