RU

Ağstafada şəhid Elvin İmaməliyevin doğum günündə xatirəsi anılıb

YAP Ağstafa Rayon Təşkilatı Gənclər Birliyinin sədri olmuş Vətən müharibəsi şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günü münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət edilərək, əziz xatirəsi ehtiramla yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşlarının, şəhid ailələrinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə həmçinin şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Избранный
0
yeniazerbaycan.com

1Источники