Mingəçevirdə yas məclisi zamanı ölüm hadisəsi baş verib.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən mərasim zalının önündə baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Bəhramova Solmaz Abdulla qızı yas məclisində iştirak edən zaman ölüb. Qəfil ölümün səbəbi isə məlum deyil.
Faktla bağlı araşdırma aparılır.