RU

Turistləri daşıyan avtobus qəzaya uğradı: 8 ölü, 20 yaralı

 Türkiyənin Çanaqqala şəhərində zənciravi qəza nəticəsində 8 nəfər ölüb, 20-si yaralanıb.

News365.az xəbər verir ki, bu barədə Çanaqqala valisi Ömər Toraman bildirib.

Məlumata görə, hadisə Çanaqqala-Ezine avtomobil yolunda baş verib. Çanaqqala “Truva Turizm” şirkətinə aid sərnişin avtobusu odun yüklü yük maşını və avtomobillə toqquşub.

Bildirilib ki, qəza yerinə təcili tibbi yardım, yanğınsöndürən, jandarma və polis briqadaları göndərilib.

İnformasiyaya əsasən, yük maşınının sürücüsü həyatını itirib.

Sərnişin avtobusunda 25 nəfər olub.

Избранный
0
4
news365.az

10Источники