Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk Kiyevə səfər edib.
Leqal.info xəbər verir ki, bu barədə “UNIAN“ məlumat yayıb.
Avropa liderlərini Kiyev dəmiryolu vağzalında Ukrayna rəsmiləri qarşılayıblar.
Onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Qeyd edilib ki, liderlər Moskvanı qeyd-şərtsiz 30 günlük atəşkəsə çağırmağı planlaşdırır.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Ukraynanın paytaxtında “istəklilər koalisiyasını” salamlamaqdan məmnundurlar.
Onun sözlərinə əsasən, tərəfləri çoxlu iş və müzakirə olunmalı bir sıra mövzular gözləyir.
“Bu müharibəyə ədalətli bir sülhlə son qoymaq lazımdır. Moskvanı atəşkəsə getməyə məcbur etmək lazımdır,” – deyə Yermak əlavə edib.
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı səfər barədə onu məlumatlandırıb. Tramp da bu təşəbbüsə dəstək verib.
Bu səfər Avropa–ABŞ əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilir. Donald Trampın hakimiyyətə gəlməsindən sonra ilk dəfə olaraq ABŞ və Avropa hansısa konkret bir məsələdə – Ukraynadakı müharibənin sona çatdırılması səylərində ortaq mövqedən çıxış edirlər.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта