ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında tam və dərhal qüvvəyə minən atəşkəs barədə razılığın əldə olunduğunu bəyan edib.
Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından yazıb.
Onun sözlərinə görə, bu razılaşma Vaşinqtonun vasitəçiliyi ilə aparılan uzunmüddətli danışıqlardan sonra mümkün olub.
“Hər iki ölkəni sağlam düşüncə və yüksək intellekt nümayiş etdirdiklərinə görə təbrik edirəm. Bu vacib məsələyə diqqət göstərdiklərinə görə təşəkkür edirəm!”, - deyə Tramp yazıb.