RU

Almaniyanın yeni kansleri Putini hədələdi: Razılaşmasa…

Almaniyanın yeni kansleri Fridrix Merz Kiyevə ilk səfəri zamanı Rusiya prezidenti Vladimir Putini atəşkəsə çağırıb və onu sanksiyalarla hədələyib.

Ölkə.az xəbər verir ki, Almaniyanın yeni kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk Kiyevdə səfərdədirlər.

Kiyev vağzalında Avropa liderlərini Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sıbiqa qarşılayıblar.

Səfər çərçivəsində Almaniyanın yeni kansleri Fridrix Merz Rusiyaya atəşkəs çağırışı edib: 

"Biz 30 günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqlarına hazırlaşmağa imkan yaratsın. Top indi Putinin meydançasındadır və o, bu təklifə cavab verməlidir", - kansler deyib.

Kansler xəbərdarlıq edib ki, Kreml atəşkəslə razılaşmasa, Qərb sərt cavab verməyə hazırdır. 

“İmtina ediləcəyi təqdirdə sanksiyaların ciddi şəkildə sərtləşdirilməsi və Ukraynaya genişmiqyaslı dəstək - siyasi, maliyyə və hərbi dəstək olacaq”, - Merz bildirib.

Mürtəza
Ölkə.az

Избранный
0
olke.az

1Источники