RU

Samir Nuriyev: Azərbaycanın XX əsr tarixi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində belə deyilir.

Administrasiya rəhbəri qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq öz müstəqilliyinə qovuşduğu tarixi mərhələ, onun həyat yolu isə öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin təcəssümü, ümummilli məqsədlər uğrunda fədakarlığın və mübarizliyin rəmzi olmuşdur.

“Buna görə də Azərbaycan xalqının xoşbəxt gələcəyi, dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir”, - Samir Nuriyev vurğulayıb.

AzVision.az
Избранный
0
4
azvision.az

10Источники