RU

Mertz Rusiyanı sanksiyalarla hədələyib

Bakı.Trend:

Almaniyanın kansleri Fridrix Mertz rəsmi Moskvanın Ukraynada 30günlük atəşkəs barədə təklifləri rədd edəcəyi təqdirdə, Rusiyayaqarşı sanksiyaların kəskinləşdiriləcəyini bəyan edib.

Trend xəbər verirki, bu barədə o, “Bild” qəzetinin jurnalistinə Kiyevdə verdiyimüsahibədə bildirib.

“Biz Amerika hökuməti, eləcə də, Donald Trampla razıyıq. Biz 30günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqlarınahazırlaşmaq mümkün olsun”, - deyə Mertz bildirib.

Almaniyalı kansler əmin edir ki, artıq “top meydanın Rusiyayaaid olan tərəfindədir” və seçimi Moskva etməlidir.

Onun sözlərinə görə, əgər Moskva (bu təkliflərə) reaksiyagöstərməsə, sülh danışıqlarından imtina etsə, Avropa İttifaqı,Böyük Britaniya və ABŞ buna əlaqələndirilmiş cavab verəcək.

“Ardınca sanskiyalar miqyası baxımından sərtləşdiriləcək,Ukrayna isə miqyaslı yardımı - siyasi, maliyyə, o cümlədən, hərbiyardımları almağa davam edəcək”, - deyə Mertz bildirib.

Məqalədə:
Избранный
0
2
az.trend.az

4Источники